Fazil Qasımov haqda həbs qərarı verildi
    • 8-08-2023, 17:02
    • 824

Fazil Qasımov haqda həbs qərarı verildi

Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki  , ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində davam edən cinayət işi üzrə istintaqa cəlb edilib.

15 gün əvvəl eyni maddə ilə- CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q. İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.