Şəkidə zəncirvari yol qəzası - XƏSARƏT ALANLAR VAR
    • 8-08-2023, 23:20
    • 201

Şəkidə zəncirvari yol qəzası - XƏSARƏT ALANLAR VAR

Şəki rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verən qəzada “Mercedes” markalı 90-MZ-389 dövlət nömrə nişanlı, “KİA” markalı 99-SC-788 dövlət nömrə nişanlı və “CHERY” markalı 99-LM-366 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası cəlb edilib.

Qəza zamanı "Mercedes" markalı avtomobildən boş əraziyə düşən 1965-ci il təvəllüdlü Tahirə Ataş qızı Atakişiyeva ərazidən xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verib. 

Qəza zamanı daha iki nəfər, 1969-cu il təvəllüdlü Sevinc Zakir qızı Sərdarlı və 1993-cü il təvəllüdlü Nərmin Bakir qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç şəxs Şəki RMX-yə yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.