İtkin düşən gənclə bağlı RƏSMİ AÇIQLAMA
    • 9-08-2023, 00:50
    • 165

İtkin düşən gənclə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 26 yaşlı İsgəndərov Aqşin itkin düşüb. 

News24.az-a məsələ ilə bağlı, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. 

DİN-nin mətbuat xidmətindən bildirilib ki, hadisə nəzarətə götürülüb və faktla bağlı araşdırma aparılır.  

Xatırladaq ki, itkin düşən şəxs Aqşin İsgəndərov avqustun 6-sı gecə saat iki radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Onun barəsində məlumatı olanlardan 0509787932 nömrəsi və DİN ilə əlaqə saxlamaq xahiş olunur.