ABŞ Çinin texnologiya sənayesinə sərmayəni məhdudlaşdırıb
    • 10-08-2023, 01:21
    • 148

ABŞ Çinin texnologiya sənayesinə sərmayəni məhdudlaşdırıb

ABŞ Prezidenti Cozef Bayden Çinin texnoloji sənayesinə sərmayəni məhdudlaşdırmaq üçün fərman imzalayıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, sərəncam ABŞ lideri tərəfindən kəşfiyyat, müşahidə və ya kiberməkanda vasitə kimi məxfi texnologiyalar yaratmaq istəyən dövlətlər tərəfindən ölkənin milli təhlükəsizliyinə yaranan təhdidlərə cavab vermək məqsədilə imzalanıb.

Sənədə əsasən, maliyyə naziri Çin yarımkeçiriciləri, mikroelektronika, kvant informasiya texnologiyaları və fərdi süni intellekt sistemlərinə sərmayəni tənzimləyə biləcək.