Baydeni hədələyən adam öldürüldü
    • 10-08-2023, 14:03
    • 148

Baydeni hədələyən adam öldürüldü

ABŞ prezidenti Co Baydeni təhdid edən Yuta ştatından olan şübhəlinin Federal Təhqiqat Bürosunun (FTB) qrupları tərəfindən tutulmağa çalışarkən atışmada öldürülüb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə sənədlərində bu adamın prezident Baydeni, ABŞ-ın keçmiş prezidenti Donald Trampı mühakimə edən Nyu York dairə prokuroru Alvin Braggı və Nyu-Yorkun baş prokuroru Letitia Ceymsi hədələdiyi qeydə alınıb.

Yuta ştatının ABŞ Dairə Məhkəməsinə Robertson Facebook-dakı paylaşımı da təqdim edilib. Beləki, o, bir və ya iki prezidentə sui-qəsd üçün doğru zamandır. Öncə Co, sonra Kamala!!  

Faylda Robertsonun 70-75 yaş arasında olduğu və AR-15 tipli yarı avtomatik tüfəng daşıdığı vurğulanıb.

Mövzu ilə bağlı Baydenə Federal Təhqiqat Bürosu (FTB) tərəfindən məlumat verildiyi bildirilib.