Zelenski bütün regional hərbi komissarların işdən çıxardı
    • 11-08-2023, 21:42
    • 188

Zelenski bütün regional hərbi komissarların işdən çıxardı

Ukraynada bütün regional hərbi komissarlar işdən azad olunur. Onları cəbhədə olmuş hərbçilər əvəz edəcəklər.

News24.az-ın məlumatına görə, bu barədə Prezident Volodimir Zelenski xalqa müraciətində bildirib.

Ukrayna Prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirib, müxtəlif güc strukturlarının və hüquq-mühafizə orqanlarının məruzələrini dinləyib.

Onun sözlərinə görə, iclasın nəticələrinə əsasən bütün regional hərbi komissarların işdən azad olunması barədə qərar qəbul olunub. Zelenskinin fikrincə, hərbi komissarlıqlara cəbhədə sağlamlığını, əl-ayağını itirən, lakin ləyaqətlərini, abrını qoruyub saxlayan və səngərdə ola bilməyən hərbçilər rəhbərlik etməlidirlər.