Ermənilər Azərbaycan konsulluğuna gedən yolları BAĞLADI
    • 14-08-2023, 11:27
    • 186

Ermənilər Azərbaycan konsulluğuna gedən yolları BAĞLADI

ABŞ-da Los-Anceles şəhərinin erməni icmasının nümayəndələri Azərbaycan konsulluğu qarşısında Laçın yolundakı vəziyyətə etiraz olaraq aksiya keçirirlər.

Etirazçılar konsulluğa gedən yolları bağlayıb, ərazidə nəqliyyatın hərəkətini iflic edib, çadırlar qurublar.

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Sputnik Azərbaycan-a bildirib ki, aksiya ərazisində vəziyyətə nəzarət edilir: "Hal-hazırda orada gecədir. Amma bizə verilən məlumata əsasən Los-Anceles polisi və diplomatik təhlükəsizlik xidmətinin orada təhlküəsizliyi təmin etdiyi bildirilir".