Zelenski G20 sammitinə dəvət OLUNMADI
    • 14-08-2023, 13:32
    • 110

Zelenski G20 sammitinə dəvət OLUNMADI

Ukrayna G20 sammitinə dəvət olunmayıb.

News24.az xəbər verir ki, Hindistanın G20-yə sədrliyinin xüsusi katibi Mikteş Pardeşi bildirib ki, Ukrayna sentyabrın 9-dan 10-dək Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr siyahısına daxil edilməyib. Bu barədə RBC məlumat yayıb.

Jurnalistlərin "Ukrayna prezidenti Vladimir Zelenskinin tədbirə səfərini gözləməyə dəyərmi" sualını cavablandıran Pardeşi bildirib ki, dəvətlilər siyahısında 9 ölkə var.

Pərdeşi onu da əlavə edib ki, Hindistan sammitdə qlobal Cənub ölkələrini Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı birləşdirməyə cəhd etmək niyyətində deyil, çünki G20 geosiyasi müzakirələr platforması deyil, iqtisadi forumdur.

"Münaqişənin nəticələrini müzakirə etmək olar, amma onun həlli yollarını yox", - deyə katib qeyd edib.

Aynurə