Azərbaycanda tibbi maska ehtiyatının həcmi AÇIQLANDI
    • 14-08-2023, 15:41
    • 103

Azərbaycanda tibbi maska ehtiyatının həcmi AÇIQLANDI

Azərbaycanda avqustun 1-i vəziyyətinə görə, 5,5 milyon ədəd hazır tibbi maska ehtiyatı var.

News24.az xəbər verir ki, bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 0,9 milyon tibbi maska istehsal edilib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.