Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ-VİDEO
    • 14-08-2023, 16:50
    • 1 129

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ-VİDEO

Avqustun 15-18-də əsasən gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Ətraflı RTV-də: