"Çox şanslıyıq ki, oğlumuzu qutuda aparmırıq" - FOTO
    • 14-08-2023, 17:45
    • 200

"Çox şanslıyıq ki, oğlumuzu qutuda aparmırıq" - FOTO

ABŞ-da 14 yaşlı yeniyetmə Böyük Kanyonda 30 metr hündürlükdən yıxılaraq sağ qalıb.

News24.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Belə ki, Vyatt Kaufman Arizona ştatında bir kanyonun kənarındakı çıxıntıdan yıxılıb.  O bildirib ki, bir əli ilə tutunmağa çalışsa da, müvazinətini itirərək yıxılıb.

“Düşdükdən sonra heç nə xatırlamıram. Yalnız oyandığımı və təcili yardıma getdiyimi xatırlayıram", deyə o bildirib.

Xilasedicilərə Kaufmanı çıxarmaq üçün iki saat vaxt sərf ediblər. Yıxılma nəticəsində yeniyetmənin doqquz fəqərə sümüyü sınıb, dalağı partlayıb, ağciyəri zədələnib və qolunu sınıb.

“Sadəcə şanslıyıq ki, uşağımızı avtomobildə oturacaqda evə aparırıq, qutu da deyil", deyə atası deyib.

Aynurə