Dünən yol qəzalarında 4 nəfər ölüb
    • 16-08-2023, 09:31
    • 126

Dünən yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.