Ötən gün yol qəzalarında 5 nəfər ölüb
    • 19-10-2022, 09:59
    • 268

Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 18-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.