Ərəblər Azərbaycanda bu klubu ALACAQ
    • 16-08-2023, 10:43
    • 698

Ərəblər Azərbaycanda bu klubu ALACAQ

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.

News24.az "offsideplus.az”a istinadən xəbər verir ki, biznesmen Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.

Belə ki, adı açıqlanmayan şəxsin "İmişli" komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.

Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcək.