-
- 17-08-2023, 19:29
- 311
"Üç tərəfli bəyanat barışığın yeganə yoludur" - Rusiyanın BMT-dəki nümayəndəsi
"Xarici işlər nazirlərinin iyulun 25-də keçirilən görüşü zamanı Rusiya Qarabağda gərginliyin azaldılması üçün kompleks həll variantı təqdim edib".
News24.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
O deyib ki, tərəflər həmin təklifləri nəzərdən keçirmək məqsədilə qəbul edib:
"Söhbət mülki şəxslərin və qeyri-hərbi yük daşıyan avtomobillərin hərəkət edə biləcəyi yoldan gedir. Hesab edirik ki, bu təklifin qəbul edilməsi rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndəsi arasında birbaşa dialoqun başlamasını sürətləndirəcək".
O həmçinin rəsmi Moskvanın yaranmış vəziyyətin tezliklə sabitləşməsi üçün gücünü səfərbər etdiyini də açıqlayıb:
"Rusiya Federasiyası bu məqsədlə maksimum səy göstərməyə davam edir. Biz tərəflərlə məhsuldar təmaslar həyata keçiririk. Bunda əsas hədəfimiz məqliyyat dəhlizinin bərpasına nail olmaqdır. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı tərəflər arasında barışığa nail olmanın yeganə yoludur. Bu sənədin potensialı tükənməyib. Onun bazasında isə Rusiyanın dəstəyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında sənəd hazırlanacaq. Bu istiqamətlər üzrə konkret irəliləyiş əldə edilib. Eyni zamanda tərəflərin dialoqunda maraqlı olan qüvvələrlə işləməyə hazırıq. Lakin mövcud fikir ayrılıqlarını bilavasitə hər iki tərəf özü həll etməlidir".
Fərid Azəri