"Qərb Rusiyaya qalib gələ bilməz" VUÇİÇ
    • 18-08-2023, 12:36
    • 108

"Qərb Rusiyaya qalib gələ bilməz" VUÇİÇ

“Qərb Rusiyaya qarşı ümumi siyasi cəbhədə “dəlikləri düzəltməyə” çalışacaq, çünki Ukraynadakı döyüş meydanında onu məğlub edə bilməyəcəyi aydın məsələdir”.
 
News24.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç “RTS”ə müsahibəsində deyib. 
 
O bildirib ki,  avqustun sonunda və sentyabrda Serbiyaya Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək üçün xarici siyasət təzyiqinin kəskinləşməsini və Belqradın beynəlxalq arenada təcrid edilməsi cəhdlərini gözləyir.

"Ukraynada vəziyyət elədir ki, indi aydındır ki, siz Rusiyanı döyüş meydanında asanlıqla məğlub edə bilməyəcəksiniz. Düşümürəm ki, Rusiyanın qalib gələ biləcək. Amma görünən budur ki, elə olacaq. Bəziləri hesab edirlər ki, Ukrayna müasir Qərb silahları ilə qalib gələcək, amma yanılırlar” ,- deyə ölkə başçısı vuğrulayıb.

Ayşən