İstanbulda Mədəniyyət Mərkəzinin binası yanıb
    • 21-08-2023, 13:40
    • 54

İstanbulda Mədəniyyət Mərkəzinin binası yanıb

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda Şəhid Erol Olçok adına Mədəniyyət Mərkəzinin binasında yanğın baş verib.

News24.az  APA-ya istinadən xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.

Məlumata görə, hadisə yerinə yanğınsöndürmə, təcili yardım və polis qüvvələri cəlb olunub.Hazırda yanğın nəzarət altına alınıb.

Qeyd olunub ki, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb, lakin binaya böyük ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.