"ABŞ və Çindəki “şahinlər” ölkələri soyuq müharibəyə sövq edir"
    • 21-08-2023, 17:55
    • 132

"ABŞ və Çindəki “şahinlər” ölkələri soyuq müharibəyə sövq edir"

ABŞ prezidentliyinə keçmiş namizəd, Vermont senatoru Bernie Sanders deyir ki, ABŞ və Çindəki "şahinlər" ölkələri "fəlakətli" Soyuq Müharibəyə sövq edir.

News24.az xəbər verir ki, siyasətçinin fikrincə, Vaşinqton və Pekin hərbi büdcələri enerji səmərəliliyinin artırılmasına və iqlim böhranından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə yardıma xərcləmək üçün qarşılıqlı ixtisarla bağlı razılığa gəlməlidir.

Sanders “The Guardian”-da yazır: “Bu ekzistensial problemi həll etmək üçün lazım olan əməkdaşlıq bizi fəlakətli soyuq müharibəyə sövq edən ABŞ və Çindəki şahinlər tərəfindən pozulur”.

Bununla bağlı senator radikal “geosiyasətə yenidən baxmağa” çağırıb, çünki onun fikrincə, planetin yaşaması üçün beynəlxalq əməkdaşlıq lazımdır.

Akqabay