Çin müharibəyə hazırlaşır:
    • 31-07-2023, 10:55
    • 106

Çin müharibəyə hazırlaşır: "Qaynar nöqtəyə çevriləcək"

“Çin onilliklər ərzində vaxtını ordusunu təkmilləşdirmək, iqtisadiyyatını mümkün sanksiyalara qarşı gücləndirmək üçün sərf edib. Həmçinin xammal və ərzaq alışı Pekinin müharibəyə hazırlıq prossesindən xəbər verə bilər”.
 
News24.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. 
 
Nəşr yazır: “SSRİ-nin dağılmasından sonra Birləşmiş Ştatlar bir neçə onilliklər ərzində dünyada dominantlıq etdi, lakin Çindən gələn təhlükə dünya müharibəsinə səbəb ola bilər və ABŞ-ın dəstəklədiyi Tayvan qaynar nöqtəyə çevrilə bilər”.
Müəlliflərin fikrincə, Çin uzun illər öz iqtisadiyyatını, eləcə də ordusunu gücləndirib, ərzaq təhlükəsizliyini təmin edib. Məqalədə həmçinin qeyd edilir ki, Qərb kəşfiyyat orqanları Çinin müharibəyə hazırlığının mümkün əlamətlərinə diqqət yetirməlidirlər: bunlar əmtəə, ərzaq və metal alışlarıdır. Ticarət məlumatları "hökumətin niyyətlərinin faydalı göstəricisidir",- deyə analitiklər bildirib.

“Çin istehlak etdiyi neftin təxminən dörddə üçünü idxal edir, əgər Pekin ehtiyatlarını artırsa, bu, onun müharibəyə hazırlaşdığının ən yaxşı göstəricilərindən biri olardı. Digər mühüm göstərici kömür istehlakıdır. Əgər bir ölkə onu həmişəkindən daha çox yandırmağa başlasa, bu, xaricdən tədarükün kəsiləcəyi qorxusu ilə qaz alışına səbəb ola bilər. Eyni zamanda, Çinin buğda ehtiyatları 18 ay davam edəcək və müharibəyə hazırlıq vəziyyətində Pekin daha çox kənd təsərrüfatı məhsulları almağa başlayacaq”.
 
 Arzu