-
- 21-08-2023, 20:34
- 162
Bakıdakı dünya çempionatında növbəti medalçılar bəlli olub
Bakıda atıcılıq üzrə dünya çempionatı bu gün olimpiya növü olan 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında final yarışı ilə davam edib.
News24.az xəbər verir ki, yarışın ilk iki qalibi – çinli Qiongyu Janq və Ciayu Han müvafiq olaraq qızıl və gümüş medala sahib olublar.
Bürünc medal isə ABŞ atleti Saden Madalenaya çatıb.
Qiongyu Janq öz ölkəsinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Digər lisenziyaları Almaniya, Hindistan və Monqolustan atletləri əldə edib.
Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir./Report//