Deputat cəbhədə həlak oldu - FOTO
    • 23-08-2023, 14:08
    • 255

Deputat cəbhədə həlak oldu - FOTO

Kiyev Şəhər Şurasının “Avropa həmrəyliyi”ndən olan deputatı, “Sokol” çağırış nişanlı Sergey İlnitski həlak olub. 

News24.az "UNİAN"a istinadən xəbər verir ki, Sergey İlnitski döyüş əməliyyatlarının ilk günlərindən cəbhədə olub. 

Ukrayna Silahlı Qüvvələrinin veteranı, ATO iştirakçısı, ehtiyatda olan polkovnik könüllü olaraq cəbhəyə gedib. O, Donbassda, Kurdyumovka yaxınlığında həlak olub.

Sergey İlnitski ilə vida mərasimi Kiyevdə baş tutacaq.

Qumral