Ukrayna bayrağı Krımda... - Zelenskidən İLK AÇIQLAMA
    • 24-08-2023, 16:20
    • 252

Ukrayna bayrağı Krımda... - Zelenskidən İLK AÇIQLAMA

Ukrayna kəşfiyyatçıları Krımda xüsusi əməliyyat keçirib. Lakin yarımadanın azad edilməsindən danışmaq hələ tezdir.

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Portuqaliya lideri ilə mətbuat konfransı zamanı bildirib.

Zelenski Ukrayna Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin Krımda Ukrayna bayrağının asıldığı xüsusi əməliyyatı şərh edib.

“Birincisi, Krımın azad edilməsi haqqında danışmaq hələ tezdir. İkincisi, general Budanovdan ətraflı məruzə alacağam. Üçüncüsü, bəli, bunlar bizimkilərdir. Dördüncüsü, tərəfimizdən heç bir itki yoxdur. Bu, yaxşı xəbərdir. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi ilə telefonla danışa bildiyim məsələ budur”, - deyə prezident bildirib.

Xatırladaq ki, Ukraynanın Müstəqillik Günündə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Krımda xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə daxil olub. Kəşfiyyatçılar Krım ərazisində Ukrayna bayrağını qaldırıblar.

Akqabay