Yeniyetmə qız çudoçumuz ÖLKƏ TARİXİNƏ DÜŞDÜ
    • 24-08-2023, 20:44
    • 368

Yeniyetmə qız çudoçumuz ÖLKƏ TARİXİNƏ DÜŞDÜ

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova ölkənin tarixinə düşüb.

News24.az Report-a xəbər verir ki, idmançı buna Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanmaqla nail olub.

Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk cüdoçudur.

Qeyd edək ki, Xədicə Qədəşova bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında bürünc medal əldə edib.