Koronavirusa yoluxanların sayı artır: 1 ayda 63 %..
    • 25-08-2023, 15:32
    • 109

Koronavirusa yoluxanların sayı artır: 1 ayda 63 %..

Dünyada bir ayda koronavirusa yoluxanların sayı 63% artıb

News24.az xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST dünyada COVID-19-a yoluxma hallarının artdığını bildirib.  

Belə ki, bir ay ərzində dünyada bir milyon yarıma yaxın insanda koronavirusa yoluxma halı qeydə alınıb. Təşkilatın xülasəsinə əsasən, bu, əvvəlki 28 günlə müqayisədə 63% çoxdur.

“Bu müddət ərzində koronavirus iki mindən çox insanın həyatına son qoyub. Eyni zamanda, ölüm göstəricisi əvvəlki ayla müqayisədə azalıb”.

Ayşən