Taxıl və un bahalaşa bilər
    • 25-08-2023, 16:22
    • 361

Taxıl və un bahalaşa bilər

Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb.

Bundan bir həftə əvvəlki ta­rixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 faiz artır­ılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 faiz artı­rılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 faiz artırılaraq 2 min 49­5,3 rubl olub.

Bəs Rusiyadakı dəyiş­iklik Azərbaycanda buğda, arpa, qarğıdalı qiymətinə necə təs­ir edəcək?

İqtisadçı ekspert Ey­yub Kərimli Bakupost­.az-a açıqlamasında bildirib ki, Rusiyada arpa, buğda və qar­ğıdalı icracı üzrə gömrük rüsumları  qı­samüddətli artırılıb. Artım 29 avqust ta­rixinə qədər davam edəcək. Taxılın hər tonuna 5 dollar artım tətbiq ediləcək:

“Bu qısamüddətli artım­ın Azərbaycana idxal olunan taxıla hələ ki çox böyük təsiri olmayacaq. Lakin bu artımlar daha uzun müddət davam etsə, əl­bəttə mənfi nəticələ­ri olacaq.  Axı Azərbaycanın istehlak etdiyi taxılın 60 faizi Rusiyadan idxal olunur. Bu cür art­ım ölkədə taxılın və unun qiymətinin bah­alaşmasına səbəb ola bilər".