Donuz ovuna çıxıb DOSTUNU ÖLDÜRDÜ - TÜKÜRPƏDİCİ HADİSƏ
    • 27-08-2023, 17:31
    • 133

Donuz ovuna çıxıb DOSTUNU ÖLDÜRDÜ - TÜKÜRPƏDİCİ HADİSƏ

Türkiyənin Əskişəhər vilayətində donuz ovuna çıxan dostlardan biri təsadüfən ov tüfəngi ilə digərini güllələyib. 

News24.az  Türkiyə mediasına istinadən xəbər verir ki,  İ.Əhməd, D.İsmayıl və Bülent Kaya adlı şəxslər donuz ovlamaq üçün rayonun Sarıkavak məhəlləsinə gediblər.

Bu zaman təsadüfən ov tüfəngindən atəş açılıb və Bülent Kaya yaralanıb.

Yaxınlarının məlumatına görə, xəstəxanaya  aparılan Kayanı həkimlər səy göstərsə də, xilas edə bilməyiblər. 

İ.Əhməd və D.İsmayıl polis tərəfindən saxlanılıb. Məhkəməyə qarşısına çıxarılan şübhəlilər hakim tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Günəş Mərd