Dostuyla dovşan ovuna getdi, dostunu vurdu
    • 21-02-2021, 21:59
    • 352

Dostuyla dovşan ovuna getdi, dostunu vurdu

Gədəbəy rayonunda ova gedən dostlardan biri digərini güllələyib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov News24.az-a açıqlamasında bildirib ki, bu gün rayonun Miskinli kənd sakinləri - 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu və 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu birgə dovşan ovuna gediblər:
"Ov zamanı Elnur Tağıyev "TOZ 16" markalı qoşa lülə tüfənglə ehtiyatsızlıqdan atəş açaraq Qamət Fətullayevi ayağından yaralayıb".

Faktla bağlı araşdırma aparılır.