Niyazi Mehdinin səhhəti kəskin AĞIRLAŞDI
    • 29-08-2023, 11:50
    • 158

Niyazi Mehdinin səhhəti kəskin AĞIRLAŞDI

Filosof, professor Niyazi Mehdinin səhhəti kəskin pisləşib.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən professor hemodializ müalicəsi alır.

Hemodializin son mərhələsində olan N. Mehdi bu yaxınlarda yıxılaraq omba sümüyünü sındırıb.

Lakin əməliyyata aparılarkən məlum olub ki, ürəyində də ciddi problem var.

Əməliyyatdan imtina edən həkimlər ona ürəyinin cəmi 20 faizinin işlədiyini bildiriblər.

Müayinələr zamanı məlum olub ki, bütün bunlarla bərabər başqa bir neçə xəstəlikdən də əziyyət çəkir.

Həkimlər professsorun vəziyyətini ağır qiymətləndirib.