Bakıda "Prius"la 5 polisi vurdu - Məhkəmə işi
    • 30-08-2023, 17:01
    • 331

Bakıda "Prius"la 5 polisi vurdu - Məhkəmə işi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda idarə etdiyi "Prius"markalı avtomobillə 5 nəfər polis və iki vətəndaşa xəsarət yetirən sürücü Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, prosesdə ittiham aktı elan olunub. İttihamda göstərilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi “Toyota Prius” markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Prosesdə hakim bildirib ki, hadisədə günahı sübuta yetirilməyib təqdirdə R. Qurbanov 20 ilə qədər azadlıqdan məhrum edilən bilər. 

İttihama münasibət bildirən R. Qurbanov özünü təqsirli bilməyib. O qeyd edib ki, dəymiş ziyanın ödəməyə hazırdır. 

Qeyd edək ki, R. Qurbanov barəsində Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə  ittiham elan olunub və o təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Samir Əli