Araiki əvəz edən separatçının iki seçimi olacaq - DETALLAR
    • 31-08-2023, 13:38
    • 287

Araiki əvəz edən separatçının iki seçimi olacaq - DETALLAR

Araik Arutunyanın “istefası” Qarabağdakı xaosun qarşısını ala bilməyəcək. 

News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.

“Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!”, - E. Şahinoğlu vurğulayıb.

Qeyd edək ki, bu gün Qarabağdakı separatçıların “rəhbəri” Araik Arutyunyan “istefa” verib. O, 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

Akqabay