"Arayikdən sonra gələn ondan da pis olacaq" - DEPUTAT
    • 31-08-2023, 17:02
    • 198

"Arayikdən sonra gələn ondan da pis olacaq" - DEPUTAT

"Arayikdən sonra gələn ondan da qəddar, ondan da pis olacaq".

Bunu News24.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan istefa xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, diqqət ümumi problemin həllinə yönəlməlidir:

"Problemin həlli  fərdlərin kimliyindən asılı deyil. Araik Arutunyandan əvvəl də o vəzifədə adam var idi, ondan sonra da olacaq. Bəlkə də yeni gələn Artunyandan daha pis, daha qəddar olacaq. Biz məsələnin çözülməsini tək-tək cinayətkarların şəxsində axtarmamalıyıq. Məsələnin kökündə duran əsas problem olan separatizm, Ermənistanın Azərbaycana qarşı düşmənçiliyi və işğalçılıq siyasətinin hələ də qüvvədə olmasını aradan qaldırmalıyıq. Azərbaycan ərazisində 30 ildən çoxdur mövcud olan, özünü dövlət adlandıran separatçı qurum və onun təmsilçilərini, bütün terrorçu və cinayətkarları ölkəmizin ərazisindən çıxarmalıyıq".

Millət vəkili əlavə edib ki, birmənalı olaraq ərazi bütövlüyümüzün tam təmin olunması üçün Ermənistana məxsus bir neçə minlik silahlı birləşmələr Azərbaycan ərazisindən təmizlənməlidir:

"Bu ya könüllü, ya da silah gücü ilə olmalıdır. Yalnız bundan sonra sülh məsələsindən, təhlükəsizlikdən danışmaq olar. Nə qədər ki Azərbaycan ərazisində ermənilər var nə sülhdən, nə də təhlükəsizlikdən danışmaq olar".

Qumral Əliyeva