"Mən istefa verməli idim, çünki..." - Araik
    • 31-08-2023, 16:09
    • 1 156

"Mən istefa verməli idim, çünki..." - Araik

Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların “başçısı” Araik Arutyunyan “istefa”sının bəzi səbəblərini açıqlayıb

News24.az xəbər verir ki, separatçı bu barədə sosial media hesabında yaydığı geniş müraciətində qeyd edib. 

O bildirib ki, mövcud geosiyasi vəziyyət, Qarabağda və ətrafında baş verən hadisələr onu “istefa” verməyə məcbur edib.

“Mənim tərcümeyi-halım və Azərbaycanın buna münasibəti növbəti addımlarımızı qurmaq, çevik siyasət yürütmək baxımından ciddi problemlər yaradır. Bundan əlavə, müharibədəki məğlubiyyət və ondan sonra baş verən çətinliklər “hakimiyyət”ə, xüsusilə də “prezident”ə inamı xeyli azaldıb, düzgün idarəçiliyin sonrakı gedişatına ciddi əngəl törədib. Qarabağda məndən başlayaraq, əsas fiqurları dəyişmək lazımdır. Mənim istefam regionda vəziyyətin sülh yolu ilə nizamlanması prosesinin intensivləşməsinə kömək etməlidir. Mənim bu addımım həm də Qarabağda daxili sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəlib. Bütün ehtimallara baxmayaraq, bizim daxili sabitliyimiz və ictimai həmrəyliyimiz bütün uğurun ilkin şərtidir. Mən bu qərarımı iki gün əvvəl vermişəm”, - Arutyunyan qeyd edib.

Qeyd edək ki, bu gün Qarabağdakı separatçıların “rəhbəri” Araik Arutyunyan “istefa” verib. O, 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

Akqabay