"Çingiz Abdullayev hələ də sovet dövründən çıxa bilməyib" - Müşfiq Abbasov
    • 31-08-2023, 17:37
    • 868

"Çingiz Abdullayev hələ də sovet dövründən çıxa bilməyib" - Müşfiq Abbasov

"Çingiz Abdullayev hələ də Sovet dövründən və rus icmasından çıxa bilməyib. O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil".

Bu sözləri News24.az-a müsahibəsi zamanı  “-4” və “Qan haqqı” əsərlərinin müəlifi, detektiv yazar Müşfiq Abbasov deyib.

Yazıçının sözlərinə görə, hazırda Azərbaycan ədəbiyyatından oxuduğu yazıçı yoxdur:

"İndi heç kəsi oxumuram. Amma əvvəllər Çingiz Abdullayevlə Elxan Elatlının kitablarını oxumuşam. Fikirlərimi soruşsanız deyərəm ki, Elxan bəy daha maraqlı və oxunaqlı dildə yazır. Amma onun da hüquq sahəsində təcrübəsizliyi əsərlərində aşkarca hiss olunur və kitabları reallıqdan çox uzaqdır. Çingiz Abdullayevə gəldikdə isə onun da əsərlərinin əksəriyyəti demək olar ki, bir-birinə oxşardır. Adam hələ də Sovet dövründən və rus icmasının içindən çıxa bilməyib... O bundan sonra bu sahəyə heç bir yenilik gətirən deyil".