Zelenski nə üçün ABŞ-a gedir?
    • 31-08-2023, 18:23
    • 94

Zelenski nə üçün ABŞ-a gedir?

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ-a səfər edə bilər.

News24.az "RİA Novosti"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib.

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində təşkilatın Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edəcək iclas keçirəcək.

Qeyd edək ki, tədbirlərin sentyabrın 19-dan 25-dək keçiriləcəyi dəqiqləşib.

Qumral