Virtual yadplanetli influserlə müqavilə İMZALANDI
    • 31-08-2023, 18:59
    • 218

Virtual yadplanetli influserlə müqavilə İMZALANDI

Hollivud aktyorları və ssenaristlərinin filmlərdə süni intellektdən istifadəyə qarşı tətili zamanı ən böyük model agentliyi IMG "Zlu" adlı virtual “yadplanetli influser” ilə müqavilə imzalayıb.

News24.az OLAY-a istinadən xəbər verir ki, "Zlu" artıq "Karl Lagerfeld", "Swarovski" və "Fila" kimi markalarla işləyib.

"IMG Models" süni intellektin yaratdığı təsvirlərin getdikcə populyarlaşdığı sürətlə inkişaf edən rəqəmsal sahədə öz yerini tutmağa çalışır.