Süni intellektin köməyi ilə Kim Çen Inın çəkisini hesabladılar
    • 31-05-2023, 17:01
    • 264

Süni intellektin köməyi ilə Kim Çen Inın çəkisini hesabladılar

Cənubi Koreyanın Dövlət Kəşfiyyat İdarəsi süni intellektdən istifadə etməklə Şimali Koreya lideri Kim Çen Inın çəkisini hesablayıb.

News24.az
 xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, foto və video materialların təhlili əsasında Şimali Koreya liderinin çəkisi ilə bağlı ehtimal irəli sürülüb.

“Mayın 16-da ictimaiyyət qarşısında çıxışı zamanı Kim Çen In yorğun görünürdü, gözlərinin altında aydın qara dairələr var idi, süni intellektdən istifadə edərək çəki analizi onun 140-150 kiloqram ağırlığında olduğunu göstərdi”, - kəşfiyyat məlumatlarına istinadən hakim “Vətəndaş Qüvvəsi” partiyasından olan Yoo Sanq Bum bildirib.

Onun sözlərinə görə, Seulda  Kim Çen Inın təkcə artıq çəkidən deyil, həm də yuxusuzluqdan əziyyət çəkdiyindən şübhələnirlər. O, həmçinin əlavə edib ki, kəşfiyyat KXDR liderinin dəri xəstəliyi və allergiyası olduğunu istisna etmir.

Turan