Ukrayna Qərbdən 160 F-16 qırıcısı istəyir
    • 31-08-2023, 20:51
    • 112

Ukrayna Qərbdən 160 F-16 qırıcısı istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə təxminən 160 F-16 qırıcı təyyarəsi lazım olduğunu düşünür. 

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib.

"Ukrayna ordusunun hava hücumlarına qarşı döyüş tapşırıqlarını yerinə yetirməsi üçün 60 F-16 kifayət edəcək". 

Eyni zamanda, ölkə rəsmiləri daha əvvəl Sovet istehsalı olan qırıcıları Qərb qırıcıları ilə əvəz etməklə, hava qüvvələrini tam yenidən silahlandırmaq üçün 128 F-16-ya ehtiyac duyacağını bildirmişdi.

Qeyd edək ki, daha öncə Avqustun 20-də Zelenski Kiyevə 42 F-16 qırıcısının tədarükü ilə bağlı Hollandiya ilə razılaşıb. Danimarka da Ukraynaya 19 ədəd F-16 qırıcısı verməyə hazır olduğunu bildirib.
Günəş Mərd