Milli Məclisin ilk komitə iclasının tarixi açıqlandı
    • 2-09-2023, 15:26
    • 177

Milli Məclisin ilk komitə iclasının tarixi açıqlandı

Milli Məclisin ilk komitə iclasının nə vaxt keçiriləcəyi məlum olub.

News24.az xəbər verir ki, ilk iclas sentyabrın 15-dən baş tutacaq.

Qeyd edək ki, Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xatırladaq ki, Milli Məclisin ilk plenar iclası oktyabrın 2-də keçiriləcək.