1,5 saat davam edən görüş - Ərdoğan və Putin nələri müzakirə ediblər?
    • 4-09-2023, 16:13
    • 128

1,5 saat davam edən görüş - Ərdoğan və Putin nələri müzakirə ediblər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin Soçidə apardıqları Rusiya-Türkiyə danışıqları 1,5 saat davam edib.

News24.az TASS-a istinadla xəbər verir ki, Rusiya və Türkiyə liderləri iki ölkənin müdafiə nazirləri, xarici işlər nazirləri və digər əsas nazirlərlə birlikdə Bakı vaxtı ilə saat 14:14-də işə başlayıb.

Tərəflər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, taxıl müqaviləsinin bərpası mövzusunu da müzakirə ediblər. Putin danışıqları açıq elan edərkən Ərdoğana “Mən bilirəm ki, siz taxıl müqaviləsi ilə bağlı suallar qaldırmaq niyyətindəsiniz. Biz bu məsələ ilə bağlı danışıqlara açığıq”, - deyib.

Eyni zamanda danışıqlarda Sinopdakı atom elektrik stansiyası ilə bağlı vəziyyət, Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi, hər iki ölkənin qaz tədarükü sahəsində əlaqələri inkişaf etdirməsi, ikitərəfli ticarət çərçivəsində rus rublu və türk lirəsi ilə hesablaşmaların müzakirəsi məsələsi, ürkiyədəki yanğınları söndürmək üçün Rusiyadan əlavə təyyarələrin tədarükü və s. məsələlər müzakirə edilib.

Akqabay