Peskov: Putinlə Ərdoğanın görüşündən sonra sənədlərin imzalanması planlaşdırılmır
    • 4-09-2023, 16:48
    • 110

Peskov: Putinlə Ərdoğanın görüşündən sonra sənədlərin imzalanması planlaşdırılmır

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən danışıqların konstruktiv keçdiyini bildirib.

News24.az xəbər verir ki, bu barədə o , jurnalist Pavel Zarubinə məlumat verib.

“Nazirlərin, bütün sahələr üzrə işçi qruplarının rəhbərlərinin çox konstruktiv, təfərrüatlı hesabatları, tam məlumat mübadiləsi - sinxronizasiya, bütün sahələrdə saatların yoxlanılması, ikitərəfli münasibətlərin hərtərəfli təhlili”, - Peskov bildirib.

O, həmçinin qeyd edib ki, danışıqlardan sonra heç bir sənəd imzalanmayacaq.

Aydan