ABŞ ərəbləri İŞİD-lə HƏDƏLƏDİ
    • 5-09-2023, 13:58
    • 174

ABŞ ərəbləri İŞİD-lə HƏDƏLƏDİ

Suriyada ərəb qəbilələri ilə PKK terror təşkilatı arasında olan qarşıdurmalar davam edir. ABŞ PKK-ya qarşı döyüşən ərəb qəbilələrini İŞİD-lə hədələyib. 

ABŞ-nin dəstəyi ilə koalisiya qüvvələri Suriyadakı qarşıdurma Mənbiçə qədər uzandıqdan sonra təcili danışıqlar üçün çağırış edib.

News24.az xəbər verir ki, bu barədə “Yeniakit” məlumat yayıb. 

Koalisiya qüvvələri keçirdiyi görüşdə qəbilələrə bildiriblər ki, PKK ilə mübarizə aparmaq üçün İŞİD ilə  güclü ortaqlıq qurmaq vacibdir.

Suriyada qarşıdurmaların şiddətlənməsi fonunda ABŞ-nin Suriyadakı səfirliyi Deyr əz-Zorda PKK ilə ərəb qəbilələri arasında qarşıdurmalarla bağlı açıqlamalar verib. 

Bildirilib ki, ABŞ komandirləri Ethan Goldrich və Joel B. Vowell, qondarma Demokratik Suriya Məclisi və terror təşkilatına bağlı qəbilə liderləri bir araya gəliblər.

Tərəflər sakinlərin şikayətləri əsasında qüvvələrin Deyr əz-Zora müdaxilə etmə təhlükəsi, mülki ölüm və itkinlərin qarşısının alınmasının və mövcud zorakılığın mümkün qədər tez azaldılmasının vacibliyi barədə razılığa gəliblər.  

Ayşən