Xaçaturyan Biyaqovu geri çağırdı
    • 5-09-2023, 18:21
    • 191

Xaçaturyan Biyaqovu geri çağırdı

Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi sədri vəzifəsindən geri çağırıb.

News24.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında dərc olunan ölkə prezidenti Vaaqn Xaçaturyanın sərəncamında deyilir.

“Baş nazirin  təklifinə əsasən, Konstitusiyanın maddələrinə və diplomatik xidmət haqqında qanuna uyğun olaraq, Viktor Biyaqov Ermənistanın daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılsın. KTMT”, - sənəddə deyilir.

Dövlət başçısının digər sərəncamları ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında respublikanın daimi nümayəndəsi təyin edilib.

Qumral