Türkiyə avrokubokların finallarına namizəd oldu
    • 6-09-2023, 16:47
    • 204

Türkiyə avrokubokların finallarına namizəd oldu

Türkiyə Futbol Federasiyası (TFF) 2026 və ya 2027-ci ildə avrokubokların finalı üçün namizəd stadionunu müəyyənləşdirib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, həlledici qarşılaşma “Beşiktaş” stadionunda baş tuta bilər. TFF həmin illərdə ya Avropa Liqası, ya da Konfrans Liqasının final qarşılaşmasına ev sahibliyi etmək niyyətindədi.

Məkan kimi isə “Beşiktaş” stadionunun adı UEFA-ya təqdim olunub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında ötən mövsümün final matçı İstanbulda, Atatürk Olimpiya Stadionda keçirilib.