Zelenskinin yeni naziri KORRUPSİONER ÇIXDI
    • 7-09-2023, 16:58
    • 455

Zelenskinin yeni naziri KORRUPSİONER ÇIXDI

Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ukrayna Milli Antikorrupsiya Bürosunu bu yaxınlarda ölkənin müdafiə naziri vəzifəsinə təyin edilmiş Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rustem Umerova qarşı cinayət işi başlatmağı tapşırıb. 

News24.az xəbər verir ki, bu barədə Ukraynanın "Comments" jurnalı yazır.

İttihamlara görə, Umerov vəzifəsindən sui-istifadə edərək xidmətin maraqlarına zidd hərəkətlər edib. 

Bundan başqa, o, vəzifə səlahiyyətlərini aşaraq dövlət əmlakının oğurlanması ilə bağlı bəzi faktları gizlədib.

Ayşən