-
- 8-09-2023, 17:01
- 158
Qazaxıstanda türbəni partlatmaq istədilər
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTT) əməkdaşları cari ildə ölkənin cənubunda yerləşən türbənin partladılması və paytaxtda silahlı hücumun törədilməsi cəhdinin qarşısını alıblar.
News24.az xəbər verir ki, bunu Komitənin sədr müavini Ruslan Seysembayev Şanxay Əməkdaşlıq Təşkilatının Regional anti-terror strukturu şurasının iclasında deyib.
Komitənin sədr müavini bildirib ki, Qazaxıstanda bilavasitə yüksək terrorizm təhlükəsi sabit olaraq qalmaqda davam edir:
"Hər il ən azı iki terror aktının qarşısı alınır. Təkcə bu il ərzində Türküstanda Xoca Əhməd Yasəvi türbəsində əldəqayırma partlayıcı qurğunun partladılması, eləcə də, Astanada kütləvi toplaşma yerlərində silahlı hücumun törədilməsi cəhdləri zərərsizləşdirilib”.
Qumral