Gəncədə toqquşan avtomobilərdən biri aşdı - FOTO
    • 8-09-2023, 18:47
    • 139

Gəncədə toqquşan avtomobilərdən biri aşdı - FOTO

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

News24.az-ın Gəncə bürosundan verilən məlumata görə, hadisə şəhərin Köhnə Maşın bazarı adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan Khazarla ilə Opel markalı minik maşınları toqquşub.

Qəzadan sonra Khazar aşıb,sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.