Daşqınlarda itki 10 nәfәri keçdi
    • 9-09-2023, 12:17
    • 677

Daşqınlarda itki 10 nәfәri keçdi

Yunanıstanda sentyabrın 5-dən etibarən yağan leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 10 nəfərə çatıb.

News24.az xəbər verir ki, sözügedən ölkənin iqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilias  xüsusilə Pinio çayının daşması nəticəsində bir çox kəndin su altında qaldığını bildirib.

V.Kikilias vəziyyətin daha da pisləşə biləcəyini və diqqətli olmağın vacibliyini vurğulayıb.

Çərşənbə axşamı günündən etibarən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyini açıqlayan V.Kikilias, 4 nəfərin hələ də itkin olduğunu bildirib.

Kikilias 20 helikopterin bölgədə axtarış-xilasetmə əməliyyatlarını həyata keçirdiyini, həmçinin kəndlərdə qapalı qalanlara ərzaq və su çatdırdığını qeyd edib.

Axtarış-xilasetmə əməliyyatları nəticəsində bölgədən 2 minədək adamın xilas edildiyi bildirilib.

Pinio çayının öz məcrasından çıxması nəticəsində bölgədə suyun hündürlüyü 9 metrə çatıb. Bölgədəki bir çox kəndin boşaldıldığı qeyd olunub.

AYLİN