Ərdoğan G20 liderlərini Rusiyanın tələblərinə əməl etməyə ÇAĞIRDI
    • 9-09-2023, 12:46
    • 218

Ərdoğan G20 liderlərini Rusiyanın tələblərinə əməl etməyə ÇAĞIRDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İyirmilər Qrupunun (G20) liderlərini Rusiyanın tələblərini yerinə yetirməyə və taxıl müqaviləsini bərpa etməyə çağırıb. 

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan taxıl müqaviləsini bərpa etmək üçün Hindistanda keçirilən sammitdə digər liderlərlə qapalı görüşlərdə addımlar atır. Türkiyə digər ölkələrdən “Lloyd's of London tərəfindən Rusiyanın ərzaq və gübrə ixracının sığortasını asanlaşdırmağı” və beynəlxalq ödənişlərin həyata keçirilməsi üçün Moskvanı SWIFT sisteminə yenidən qoşulmasını xahiş edir.

Agentlik yazır ki, Türkiyə qərbli həmkarlarına taxıl müqaviləsini bərpa etməyin yolunun Moskvaya kənd təsərrüfatı avadanlığı idxalına icazə verməyən Rusiyaya qarşı “sanksiyaları yumşaltmaq” olduğunu çatdırır.

Akqabay