Ukrayna NATO texnikalarından istifadə etdiyini AÇIQLADI
    • 9-09-2023, 13:50
    • 100

Ukrayna NATO texnikalarından istifadə etdiyini AÇIQLADI

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini Vadim Skibitski bildirib ki, Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün NATO texnikasından istifadə edir. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Skibitski həmçinin bildirib ki, departament Rusiya ərazisinə hücumlar üçün “ən kritik hədəfləri və obyektləri” müəyyənləşdirir. O qeyd edib ki, söhbət “hərbi obyektlər və müdafiə-hərbi kompleksin obyektləri”ndən gedir.

Baş Kəşfiyyat İdarəsinin rəis müavininin sözlərinə görə, Kiyev Rusiyada dronlardan, raket sistemlərindən və agentlərdən fəal şəkildə istifadə edir.

“Biz həmçinin NATO və tərəfdaşlarımızın metodlarından istifadə edirik”, - o bildirib.

Akqabay