Azərbaycan XİN Qarabağdakı "seçkilər"i pisləyən ölkələrə TƏŞƏKKÜR ETDİ
    • 10-09-2023, 13:00
    • 226

Azərbaycan XİN Qarabağdakı "seçkilər"i pisləyən ölkələrə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib.

News24.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk", - Ayxan Hacızadə sosial şəbəkədə bildirib.